• cümə, 19 Aprel, 15:42
  • Baku Bakı 25°C

Xoşbəxt Yusifzadə: “İndiyədək AÇG-dən dünya bazarlarına 240 mln. ton mənfəət nefti satılıb”

02.06.17 11:55 1299
Xoşbəxt Yusifzadə: “İndiyədək AÇG-dən dünya bazarlarına 240 mln. ton mənfəət nefti satılıb”
İşlənilmənin əvvəlindən "Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 428,4 mln. ton neft və 133 mlrd. kubmetr qaz hasil edilib.
"APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz - "Caspian Oil&Gas” konfransının ikinci günündə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, artıq 18 ildir ki, AÇG iştirakçıları mənfəət nefti əldə edirlər: "2017-ci ilin iyunun 1-dək dünya bazarlarına Azərbaycanın payına düşən 240 mln. ton mənfəət nefti satılıb.
banner

Oxşar Xəbərlər