• çərşənbə, 24 Aprel, 16:48
  • Baku Bakı 27°C

Xorvatiyada yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 5-i yaralanıb

22.11.20 10:15 396
Xorvatiyada yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 5-i yaralanıb
Xorvatiyada Zaqreb-Karlovats avtomagistralının 19-cu kilometrliyində ağır qəza baş verib.
APAyerli HRT telekanalına istinadən xəbər verir ki, yük maşının yol kənarında dayanmış mikroavtobusa çırpılması nəticəsində sərnişinlərdən 4 nəfəri ölüb, 5-i isə yaralanıb.
Yol kənarına qəza xəbərdarlığı nişanı qoyulsa da yük maşınının sürücüsü qəzanın qarşısını ala bilməyib.
Yaralılar Zaqrebdəki bir neçə klinikaya yerləşdirilib. Hadisənin başvermə səbələri araşdırılır.
banner

Oxşar Xəbərlər