• cümə, 19 Aprel, 13:41
  • Baku Bakı 25°C

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əmanətlərin Sığortalanmasi Fondunda anım tədbiri keçirilib

26.02.20 19:58 925
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əmanətlərin Sığortalanmasi Fondunda anım tədbiri keçirilib
Azərbaycanın müasir tarixinin ən faciəli günlərindən biri Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunda anım tədbiri keçirildi.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni milliyətçilərinin Xocalıda törətdikləri vəhşiliklər barədə danışaraq, bu soyqırımın heç vaxt unudulmayaçağını, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atıldığını qeyd etdi. İlk dəfə Xocalı soyqırımına siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyini və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciə ilə əlaqədar faktların beynəlxalq ictimaiyyətə çatdırılıdığı xüsusi qeyd etdi.
Çıxışının sonunda V.Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, torpaqlarımız düşməndən azad ediləcəyi, şəhidlərimizin qanı yerdə qalmayacağını xüsusi vurğuladı.
Sonra tədbir iştirakçılarına Xocalı faciəsinin qurbanlarına həsr olunmuş "Böyüməyən uşaqlar” sənədli filmi nümayiş etdirildi.

banner

Oxşar Xəbərlər