• cümə, 19 Aprel, 06:43
  • Baku Bakı 13°C

Xocalı soyqırımı İran parlamentində müzakirə olunacaq?

25.09.13 11:25 1286
Xocalı soyqırımı İran parlamentində müzakirə olunacaq?
APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran parlament nümayəndə heyətinin başçısı, İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycanla geniş və dərin tarixi, mədəni əlaqələri var: “Həmçinin iki parlamentin dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi də müzakirə mövzusu olub. İran parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri təcrübəli siyasətçilərdir və üzvlərdən dördü komissiya sədrləridir. Əlaqələri dərinləşdirməklə dostluq qrupları regiondakı problemləri səmərəli şəkildə həll edə bilərlər”.
C.Cahangirzadə əlavə edib ki, görüşlərdə Dağlıq Qarabağ məsələsi də müzakirə predmeti olub: “İran bu məsələyə həssas yanaşır. İranın fikrincə, regional problemlərin həllində hər bir kənar müdaxilə qəbuledilməzdir. Regionda törədilən vəhşiliklər İran tərəfindən pislənir. Ölkələrin sərhədlərinə qonşu ölkələr tərəfindən hörmətlə yanaşılmalıdır. ATƏT-in Minsk Qrupu yaradılanda İran bildirmişdi ki, bu qrupun tərkibi münaqişənin həlli üçün əlverişli deyil. İran münaqişənin həllində hər cür vasitəçilik etməyə hazırdır. Biz regionumuzun təhlükəsiz, sülh və sabitliyin hökm sürdüyü bir yer olmasını istəyirik”.
İranlı deputat əlavə edib ki, Bakıda keçirdikləri görüşlərdə Xocalı soyqırımından da danışıldı: “Qərara alındı ki, iki ölkənin dostluq qrupları müştərək məktub yazaraq İran parlamentinə təqdim etsinlər və orada şəhidlərə münasibət bildirilsin. İran öz müstəqilliyini qorumaq üçün çoxlu şəhidlər verib. Şəhidlər Xiyabanını ziyarət edərkən biz sizin hissləri keçirdik”.
banner

Oxşar Xəbərlər