• cümə axşamı, 25 aprel, 19:56
  • Baku Bakı 21°C

Xocalı şahidinin “Ermeni zindanında sekiz gün” kitabının İstanbulda təqdimatı olub

25.02.17 15:30 1672
Xocalı şahidinin “Ermeni zindanında sekiz gün” kitabının İstanbulda təqdimatı olub
Beynəlxalq Humanitar Yardım Fondunun İstanbuldakı baş ofisində ermənilərin Xocalıda törətdikləri soyqırımın zərərşəkənlərindən olan Dürdanə Ağayevanın "Ermeni zindanında sekiz gün” kitabının təqdimat mərasimi keçirilib.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən Dürdanə AğayevaXocalıpoçt-teleqraf şöbəsində telefonçu işləyərkən 26 fevral 1992-ci ildə erməni terrorçuları tərəfindən əsir alınaraq 8 gün müddətində hər cür işgəncələrə məruz qaldığını deyib.
"Hər bir gənc qızın arzuları var, ancaq ermənilər məni o arzularımdan məhrum etdilər. Möcüzə nəticəsində həyatda qaldım. Növbəti dəfə işgəncə verəndən sonra erməni terrorçuları məni ölmüş bilib Əsgəran polis şöbəsinin həyətindəki zibil qabına atıblar. 10 saat orada qalandan sonra ölmədiyim məlum olub və məni yenidən polis şöbəsinin zirzəmisinə ataraq işgəncəyə davam ediblər. Başıma gələn müsibətlərdən sonra 15 il susdum. Nəhayət, 3 il əvvəl özümdə güc tapıb bu kitabı yazdım”, - deyə o bildirib.
Dürdanə Ağayeva erməniləri tanımaları üçün gənclərə bu kitabını oxumağı tövsiyə edib.
Sonra o, kitabı təqdimat iştirakçıları üçün imzalayıb.
Qeyd edək ki, Dürdanə Ağayevanın "Ermeni zindanında sekiz gün” kitabı 2016-cı ilin fevralında İHH-nın nəşriyyatı tərəfindən 10 min tirajla çap edilib.
banner

Oxşar Xəbərlər