• cümə axşamı, 28 mart, 17:52
  • Baku Bakı 16°C

Xocalı dərdi unudulmur

26.02.17 21:30 954
Xocalı dərdi unudulmur
Fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən "Günay” teatr studiyasının ifasında şairə-publisist Zərəngiz Dəmirçi Qayalının "Cavab ver” poeması əsasında səhnələşdirilmiş "Xocalı” tamaşası nümayiş olunub.
AZƏRTACxəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin mətbuat xidmətinin böyük məsləhətçisi Qərənfil Mansurova çıxış edərək Xocalı faciəsinin tariximizin qan yaddaşı olduğunu bildirib. Vurğulanıb ki, Xocalı həm 1918, həm də 1992-ci illərdə Azərbaycan ərazisində ən qanlı soyqırımına məruz qalmış, faciə yaşamış bölgələrdən biridir. Q.Mansurova Azərbaycanın qəhrəmanlıq tarixinə açıqlıq gətirən, mədəni irs abidələri olan Xocalı-Gədəbəy mədəniyyətinin, Xocalı kurqanlarının, alban məbədlərinin, orta əsr türbələrinin, türk obalarının etnoqrafiyasının və həmin bölgənin əhalisinə qarşı ermənilərin bu cür amansız münasibətinin Xocalının tarixi ilə bilavasitə bağlı olduğunu söyləyib.
Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım, əslən Təbrizdən olan ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadə, "Manera.az” portalının rəhbəri Şəhla Aslan və başqaları çıxış edərək ermənilərin türklərə qarşı zaman-zaman soyqırımı törətdiklərini və məhz türklərin özlərini soyqırımı aktları həyata keçirməkdə günahlandırdıqlarını bildiriblər.
Əsasən düşmənləri, bu faciənin baş verməsində günahkar hesab edilən 366-cı motoatıcı alayı ittiham edən tamaşanın qayəsi dünya ictimaiyyətini bu soyqırımı ilə tanış etmək və Xocalı qırğınını XX əsrin ən dəhşətli soyqırımı kimi tanıtmaqdır.
Tamaşanın rejissoru Larisa Tarusova, xoreoqrafı Günəş Talıblıdır.
banner

Oxşar Xəbərlər