• çərşənbə axşamı, 19 mart, 06:46
  • Baku Bakı 8°C

Xızıda silah anbarında partlayış nəticəsində ziyan dəymiş evlərin bərpasına başlanır

26.09.17 13:00 1340
Xızıda silah anbarında partlayış nəticəsində ziyan dəymiş evlərin bərpasına başlanır
"Xızıda Müdafiə Nazirliyinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyan hesablanıb”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müaviniAbid Şərifovdeyib.
O bildirib ki, gələn həftədən ziyan dəymiş evlərin bərpasına başlanacaq: "Bir-iki ay ərzində işlər yekunlaşmalıdır. Eyni zamanda, 5 ev sökülüb yenidən tikilməlidir”.
A. Şərifov qeyd edib ki, hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyası işini yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır.
Qeyd edək ki, avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər