• cümə axşamı, 25 aprel, 03:17
  • Baku Bakı 19°C

XİN: Türkiyə və Yunanıstandakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

21.07.17 16:00 1245
XİN: Türkiyə və Yunanıstandakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur
Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki, qeydə alınmayıb.
Bu barədəAPA-ya Azərbaycana Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadır.
"Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək", - deyə H. Hacıyev qeyd edib.
Qeyd edək ki, bu gecə Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündəzəlzələolub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.
Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 200-dək insan xəsarət alıb.
banner

Oxşar Xəbərlər