AZE | RUS | ENG |


XİN nümayəndəsi: “Avropa İttifaqı ilə dialoq bizim üçün prioritet sahələrdən biridir”

XİN nümayəndəsi: “Avropa İttifaqı ilə dialoq bizim üçün prioritet sahələrdən biridir”
"Azərbaycan prezidentinin  bu yaxınlarda Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sənədi üzrə danışıqlara rəsmi start verilib. Biz Avropa İttifaqıilə turizm, təhsil, mədəniyyət, kiçik və orta sahibkarlığa dəstək və s. sahələr üzrə dialoqu genişləndirməkdə maraqlıyıq”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova "Dövlət qulluğu sistemində məlumat bazalarının yaradılması və idarə edilməsi” mövzusunda seminarda çıxışı zamanı deyib.
 
O bildirib ki, "Şərq tərəfdaşlığı” proqramı digər sahələrlə yanaşı, dövlət qulluğu sahəsində islahatların aparılması təcrübəsini də gücləndirəcək. A. Yaqubova qeyd edib ki, bu proqram Avropa İttifaqı, eyni zamanda iştirakçılar arasında əməkdaşlığın, qarşılıqlı əlaqələrin formalaşması üçün səmərəli  platformalardan biridir: "Avropa İttifaqıilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir və ikitərəfli əlaqələrin inkişafında çox vacibdir. "Şərq tərəfdaşlığı”nın platformaları və panelləri ölkələr arasında ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi baxımından səmərəli vasitələrdən biridir”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020