• cümə axşamı, 28 mart, 20:22
  • Baku Bakı 13°C

XİN-in həbs olunan şöbə müdirinin şikayəti təmin edilmədi

10.09.20 18:35 762
XİN-in həbs olunan şöbə müdirinin şikayəti təmin edilmədi
Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən, nazirliyin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.
Trend-in məlumatına görə, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılıb və qərar elan olunub. Məhkəmənin qərarı ilə vəsatət təmin edilməyib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər