• cümə, 29 Mart, 13:48
  • Baku Bakı 14°C

XİN: İkinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək

18.09.17 17:17 1472
XİN: İkinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək
"Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılana qədər regionda sülhün təmin olunması qeyri-mümkündür”.

Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentiSerj Sarkisyanın açıqlamasınıAPA-a şərh edərkən deyib. H. Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh üçün birbaşa təhlükə olaraq qalmaqda davam edir: "Ermənistanın dövlət başçısının hansı prinsiplərdən danışdığı heç kimə aydın deyildir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutulan prinsiplərBMTTəhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunub.

QətnamələrdəBMTTŞ Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.BMTTəhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir”.

Qurum təmsilçisi əlavə edib ki, Azərbaycan heç zaman öz suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır və olunacaq. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh təmin olunar, yoxsulluq və səfalət içərisində olan Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana bilər”.

Qeyd edək ki, Ermənistan prezidentiSerj Sarkisyanbu gün başlayan erməni diasporunun 6-cı forumunda Ermənistan ordusunun sabitlik və sülh şəraitini qoruduğunu iddia edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə AzərbaycanınDağlıq Qarabağərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
banner

Oxşar Xəbərlər