• cümə axşamı, 28 mart, 13:36
  • Baku Bakı 16°C

XİN: Həmsədrlərin standart bəyanatı simptomatik xarakter daşıyır

19.05.17 11:50 1376
XİN: Həmsədrlərin standart bəyanatı simptomatik xarakter daşıyır
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət HacıyevATƏT-in Minsk Qrupunun həmsədrlərinin 18 may 2017-ci il tarixli bəyanatını şərh edib.
APA-nın məlumatına görə, H. Hacıyev bildirib ki, AzərbaycanınLaçınrayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilindəATƏT-in Minsk Qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may 2017-ci il tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.
"Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-nə yaxınLaçınsakini 25 ildir, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir və Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanınhavaməkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış Ermənistanhavahücumundan müdafiə qoşunlarına məxsus "OSA” zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib.
Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edənATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur.
Həmçinin, həmsədrlərin bəyanatında Ermənistan silahlı qüvvələrinin keçən ilin aprelində olduğu kimi cəbhəninAğdamvə Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilmir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir. Bu hər kəsə çox yaxşı məlumdur.
Odur ki, AzərbaycanınLaçınrayonunun işğalının 25-ci ildönümü və Yenilənmiş Madrid Prinsiplərinin Ermənistan prezidenti tərəfindən inkar edilən gün bəyanatla çıxış edənATƏT-in Minsk Qrupunun həmsədrləri ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli vəATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişəninBMTTŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər", - deyə H. Hacıyev qeyd edib.
banner

Oxşar Xəbərlər