• cümə axşamı, 18 aprel, 10:43
  • Baku Bakı 12°C

XİN: Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes-forumu əməkdaşlığın inkişafına əlverişli imkanlar yaradacaq

19.10.17 15:40 2229
XİN: Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes-forumu əməkdaşlığın inkişafına əlverişli imkanlar yaradacaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası və üzv dövlətlərlə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin institusional əsasda inkişafı üçün mühüm çərçivə rolu oynadığı diqqətə çatdırılıb. Son dövrlərdə Azərbaycana Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının artması və birbaşa aviareyslərin açılması müsbət inkişaf kimi xüsusi olaraq qeyd olunub və bu istiqamətdə birgə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
19-20 oktyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes-forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər