• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrindən bəhs edən yeni nəşr

14.06.17 16:06 791
XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrindən bəhs edən yeni nəşr
AMEA Naxçıvan Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın "Naxçıvanda sənətkarlıq” adlı monoqrafiyası çapdan çıxıb.
Tədqiqat əsərində ilk dəfə olaraq orta əsrlər dövründə Naxçıvan ərazisində fəaliyyət göstərən sənətkarlıq sahələri araşdırılıb və təhlil edilib.
"Sənətkarlıq mərkəzlərinin təşkili və inkişafı”, "Sənətkarlıq sahələri”, "Sənətkarlıq məhsulları”, İqtisadiyyatın inkişafında və ticarət əlaqələrinin genişlənməsində sənətkarlığın rolu” bölmələrdən ibarət olan monoqrafiyada Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan və zəmanəmizədək gəlib çıxan sənətkarlıq məsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq, minatür və digər nümunələr barəsində məlumatlar yer alıb.
Yeni nəşrdə Azərbaycan tədqiqatçıları ilə yanaşı, türk və rus alimlərinin tədqiqatları, müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin yol qeydləri və əsərləri də öz əksini tapıb. Həmçinin iqtisadiyyatın inkişafında və ticarət əlaqələrinin genişlənməsində sənətkarlığın rolu araşdırıb. Aparılan araşdırmalarda Naxçıvanda sənətkarlıq məhsullarının artmasının bölgənin iqtisadi həyatının yüksəlişinə səbəb olması ilə yanaşı, daxili və xarici ticarət əlaqələrinin inkişafına da təkan verdiyi qeyd olunub.
XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrinin öyrənən və elmi məlumatlarla zəngin olan bu nəşri elmi işçilər, magistrlər, ümumiyyətlə geniş oxucu kütləsi faydalana bilər.
banner

Oxşar Xəbərlər