• çərşənbə axşamı, 16 aprel, 09:48
  • Baku Bakı 14°C

Xidmət rəisi: "Xətainin heykəlinin yerinin dəyişdirilməsi məsələsi hazırda müzakirə olunmur”

21.07.17 14:50 983
Xidmət rəisi: "Xətainin heykəlinin yerinin dəyişdirilməsi məsələsi hazırda müzakirə olunmur”
"Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizim quruma hər hansı məlumat daxil olmayıb”.
BunuAPA-ya açıqlamasındaMədəniyyət və Turizm Nazirliyiyanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
Onun sözlərinə görə, hazırda heykəlin yerinin dəyişdirilməsi məsələsi müzakirə olunmur: "Bu gün üçün deyə bilərəm ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sabah nə olacaq, o haqda danışmaq tezdir. Gələcəkdə dövlət əhəmiyyətli hər hansı proqram həyata keçirilərsə, abidənin yerinin dəyişdirilməsimümkün ola bilər. Yenə təkrar edirəm ki, bu gün üçün həmin heykəlin yerinin dəyişdirilməsi haqda məndə heç bir məlumat yoxdur”.
Z. Bağırov əlavə edib ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yol istismarı və nəqliyyatın təşkilini həyata keçirən hər hansı qurumdan müraciət daxil olmayıb.
banner

Oxşar Xəbərlər