AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xidmət rəisi hərbiyə çağırışla bağlı yeni tapşırıqlar verdi

Xidmət rəisi hərbiyə çağırışla bağlı yeni tapşırıqlar verdi

Təfsilat
28 Aprel 2020, 20:25 267
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov keçirdiyi videomüşavirədə hərbiyə çağırışla bağlı yeni tapşırıqlar verib.
SHXÇDX-dən bildirilib ki, videomüşavirədə müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəisləri iştirak ediblər.
Xidmət rəisi Arzu Rəhimov koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilməsi və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin aprel çağırışının müddətinin may ayının 31-dək uzadılması ilə əlaqədar həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
A.Rəhimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması prosesinin şəffaf və mütəşəkkil qaydada həyata keçirilməsi, çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.