• cümə axşamı, 18 aprel, 16:22
  • Baku Bakı 22°C

“Xəzəryanı üçlüy”ün bir hədəfi var

01.11.17 09:00 685
“Xəzəryanı üçlüy”ün bir hədəfi var
Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin növbəti üçtərəfli görüşü keçiriləcək. "Nezavisimaya qazeta” da dərc edilən məqalədə qeyd edilir ki, "Xəzəryanı üçlüyü”ün görüşü "Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına həsr olunub. Bu nəqliyyat dəhlizi vasitəsilə Hindistan və Fars körfəzi ölkələrindən gələn yüklərin Rusiya, Qərbi Avropa, Baltik və Skandinaviya ölkələrinə daşınması nəzərdə tutulub. Nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü 1993-cü ildən müzakirə olunsa da, yalnız 2000-ci ildə müvafiq razılaşma əldə olunub. İran, Azərbaycan və Türkiyə hökumətlərarası razılaşmasına görə, üç ölkə Xəzərin qərb sahili ilə quruda İranın Qəzvin şəhərindən Azərbaycanın Astara şəhərinə dəmir yolunun inşasını təşkil etmək istəyirlər. "İlham Əliyev bəyan edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycana aid hissəsinə bütün inşa işləri ötən il başa çatıb. Rusiya Dəmir Yolları İdarəsi isə ötən həftə bəyan edib ki, Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bu ilin doqquz ayı ərzində 4,7 mln. ton yük daşınıb. Ötən həftə Həştərxanda ilk dəfə olaraq Rusiya ərazisində İran Ticarət Evi açılıb. Məlumat üçün bildirək ki, bu regionun xarici ticarət dövriyyəsinin 30 faizi İranın payına düşür. Bu səbəbdən də ticarət evinin açılması Həştərxan, o cümlədən İran üçün mühüm əhəmiyyət kəsb edir.
Tehran sammiti ərəfəsində ekspertlər ölkələrin iqtisadi əməkdaşlığının səviyyəsini analiz ediblər. Xüsusən də İran maraq kəsb edir. Belə ki, bu ölkə beynəlxalq iqtisadi sanksiyalar üzündən uzun müddətdir ki, kənarda qalıb. İndi də itirilən mövqelərinin geri qaytarmağa çalışır. "O ki qaldı Azərbaycana, onunla əməkdaşlığın səviyyəsi Rusiya rəhbərliyinin tam qane edir. Rusiya prezidenti bu günlərdə bəyan edib ki, Azərbaycanda 600-dək Rusiya şirkəti çalışır, birbaşa investisiyaları isə 1,5 mlrd. dollar təşkil edir. Avqust ayına ölkələr arasında ticarət dövriyyəsi 1709,1 mln. dollar təşkil edib. Ötən ilin yekunlarına görə, Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2 mlrd. dollar təşkil edib”, -deyə qəzet yazır.
Öz növbəsində Rusiya Strateji Araşdırmalar Mərkəzinin Yaxın və Orta Şərq bölümünün rəhbəri Vladimir Fitin bildirir ki, son vaxtlar Rusiyadan İrana kağız, paltar, qara metal ixracı artıb. Rusiya Ticarət Palatasının Rusiya-İran işgüzar şurasının rəhbəri Vladimir Obıdennov də bildirir ki, İrana dəmir yolu vaqonlarının ixracı səkkiz dəfə artıb. "Lakin qeyd edilir ki, Xəzəryanı dövlətlərin iqtisadi əməkdaşlığı müvafiq sənədlərin razılaşdırılmaması üzündən tormozlanır. Bura ilk növbədə Xəzərin statusunun hələ də müəyyən olunmamasını daxil etmək olar. Bu il onun imzalanması barədə söhbətlər dolaşsa da, bu, çox böyük ehtimalla baş tutmayacaq. 20 il bununla bağlı danışıqlar getsə də, real olaraq 2014-cü ildə, Həştərxan sammitində razılaşma əldə olunmasına ümidlər yaranıb. Rusiya bioresursların qorunması üzrə Konvensiyanın imzalanmamasından da narazıdır. Bu məsələlərin də sammitdə müzakirə olunacağı gözlənilir”, -deyə qəzet yazır. Məqalədə vurğulanır ki, Rusiya və İran qarşılıqlı neft və digər malların da ticarətinə başlayacaqlar. Tərəflər İran neftinin ixracı ilə bağlı akkreditivlərin açılması problemlərini həll ediblər - hər iki dövlət yaxın vaxtlarda neft ticarətinə başlayacaq: "İran neft nazirinin müavini Əmirhüseyn Zamaniniya bildirib ki, sazişin şərtlərinə uyğun olaraq, İran Neft Şirkəti Rusiyaya gün ərzində 100 min barel neft satacaq və bir neçə həftədən sonra natural formada haqqını alacaq”.
Öz növbəsində Türkiyədə ərəb dilində dərc olunan "Donya-e Eqtesad” yazır ki, Rusiya prezidentinin İran səfərində əsas diqqət həm də Suriya məsələsi olacaq. "Bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqu İsraildə səfərdə olub. Tərəflər arasında silah alınması barədə razılıq əldə olunub. İranda keçiriləcək danışıqlarda da tərəflər bu sazişin İranın maraqları üçün təhlükə olub-olmadığı müzakirə edilə bilər”, - deyə qəzet yazıb.
Azər
banner

Oxşar Xəbərlər