• şənbə, 27 Aprel, 08:07
  • Baku Bakı 12°C

Xəzəryanı ölkələrin prezidentləri saziş imzaladılar

29.09.14 18:45 1160
Xəzəryanı ölkələrin prezidentləri saziş imzaladılar
Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.
Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında sazişlər imzalanıb.
Sonra prezidentlər dövlət başçılarının bəyanatını imzalayıblar.
banner

Oxşar Xəbərlər