• çərşənbə axşamı, 19 mart, 14:07
  • Baku Bakı 8°C

Xəzərdə SOCAR əməkdaşlarını daşıyan gəmi qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

28.06.17 22:51 1172
Xəzərdə SOCAR əməkdaşlarını daşıyan gəmi qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb
İyunun 28-də saat 13.50 radələrində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

APA-nın Socar-ın saytına istinadən verdiyi xəbərə görə, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər