• cümə, 29 Mart, 19:16
  • Baku Bakı 14°C

Xəzərdə əlavə qaz dəhlizlərinə ehtiyac yarana bilər

28.06.13 10:14 1518
Xəzərdə əlavə qaz dəhlizlərinə ehtiyac yarana bilər
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bəyan edib.
R.Abdullayevin sözlərinə görə, Azərbaycanda hasil olunan təbii qazın Avropaya çatdırılması ideyası yalnız «Şahdəniz» layihəsi ilə məhdudlaşmayacaq: «Azərbaycanın təsdiq olunmuş 2 trln. kubmetr həcmində qaz ehtiyatları var. Azərbaycanın seçdiyi TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq».
ARDNŞ prezidenti vurğulayıb ki, Azərbaycan gələcəkdə Avropanın digər enerji layihələrində də iştirak edəcək: «Xəzərin qaz potensialı genişdir və 2020-ci ilədək əlavə qaz dəhlizlərinə ehtiyac yaranacaq».
banner

Oxşar Xəbərlər