• cümə, 29 Mart, 17:52
  • Baku Bakı 14°C

“Xəzər Lənkəran” Piti qaytardı

27.11.13 17:53 1255
“Xəzər Lənkəran” Piti qaytardı
Noyabrın 30-da Topaz Premyer Liqasının XV turu çərçivəsində AZAL-ı qonaq edəcək “Xəzər Lənkəran” öz bazasında məşqlərini davam etdirir. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Covanni Melkiorrenin rəhbərliyi altında hazırlığını sürdürən komanda bu gün axşam məşqini ikitərəfli oyunla tamamlayıb.
Əvəzedici heyətdən də iki futbolçunun qatıldığı oyun hər biri 30 dəqiqə olmaqla iki hissə davam edib. Onların arasında Con Toşakın baş məşqçiliyi dövründə cəzalanmış Adrian Pit də olub.
Hazırda komandamızda iki futbolçunun - Ağabala Ramazanov və Uğur Pamukun yüngül zədəsi var və adıçəkilən futbolçular fərdi olaraq məşqlərini davam etdirirlər.
banner

Oxşar Xəbərlər