Xəzər dənizinin Qaradağ sahilində ekoloji monitorinq keçirilib
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Qaradağ
rayonunun Xəzər dənizi sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə
riayət olunması ilə bağlı aparılan monitorinqlərin nəticələrini Ətraf Mühitin
Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb.
Araşdırma zamanı Qaradağ rayonunun
Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının
Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Faktla bağlı "Qaradağ
Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun
qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə
əsasən 3000 manat məbləğində cərimə edilib.
Yol verilmiş
qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə
hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş”
verilib.