• çərşənbə, 24 Aprel, 11:12
  • Baku Bakı 13°C

Xəzər daha bir nəfəri apardı...

21.07.16 10:24 2323
Xəzər daha bir nəfəri apardı...
Xəzər dənizində daha bir nəfər batıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb sudan çıxarılıb.
banner

Oxşar Xəbərlər