• cümə, 29 Mart, 09:35
  • Baku Bakı 5°C

Xətai Sənət Mərkəzində uşaqların yaradıcılıq studiyası yeni tədris ili fəaliyyətinə başlayıb

24.09.16 11:25 1265
Xətai Sənət Mərkəzində uşaqların yaradıcılıq studiyası yeni tədris ili fəaliyyətinə başlayıb
Bakı Xətai Sənət Mərkəzində Uşaq Rəsm Yaradıcılıq Studiyası yeni tədris ili fəaliyyətinə başlayıb.
AZƏRTACxəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn yaradıcılıq studiyası uşaqların bədii zövqünün formalaşdırılması və onlarda incəsənətə marağın artırılması məqsədi ilə yaradılıb.
Hər bir azyaşlının iştirak edə biləcəyi yaradıcılıq studiyasında uşaqlar sənət dünyasının gözəllikləri ilə yaxından tanış olmaqla yanaşı, incəsənətin bütün janrlarını mənimsəmə imkanı əldə edəcəklər.
banner

Oxşar Xəbərlər