Xədicə İsmayılova

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

Təfsilat
16 Noyabr 2019, 20:23 1024
"Müsavat"ın ətrafında son qalmaqalla bağlı jurnalist Xədicə İsmayılova partiya rəhbərliyini istefaya çağırdı.
Trend bu barədə sosial şəbəkələrə isinadən bildirir.
"Müsavat" rəhbərliyinə istefa verməsi barədə müraciətindən sonra Xədicə İsmayılova hücuma məruz qalıb. Onu sosial şəbəkələrdə təhqir etməyə başlayıblar.
"Müsavat" rəhbəri Arif Hacılı öz növbəsində jurnalistə "böhtan və şantaj” səbəbindən istefaya getməyəcəyini deyib.
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.