• çərşənbə, 24 Aprel, 17:56
  • Baku Bakı 27°C

Xəbərdarlıq: havanın temperaturu düşəcək, yağış yağacaq

09.09.13 11:55 1209
Xəbərdarlıq: havanın temperaturu düşəcək, yağış yağacaq
Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 18-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 10-da Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı 2 gündə isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir.
banner

Oxşar Xəbərlər