AZE | RUS | ENG |


Xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib

Xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini qeyri-aşkar şəraitdə oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Şəriflinin və İslam Səfərlinin xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşviq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində Filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib.

Dəstə üzvü olan K.Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000