• cümə axşamı, 18 aprel, 08:29
  • Baku Bakı 12°C

Xarici şirkətlərin işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti ilə bağlı cinayət işi başlanıb - SİYAHI

04.03.17 14:46 795
Xarici şirkətlərin işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyəti ilə bağlı cinayət işi başlanıb - SİYAHI
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində hüquqi şəxslərin qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmalarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və digə­r ölkələrin bir sıra şirkətlərinin, o cümlədən "Haik Watch and Jewelry Co”, "Rodino Haskovo” JIC, "Centro Ceibal”, "Deccan Gold Mines Ltd” və "Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi,Şuşaşəhərləri,Laçın,Kəlbəcərrayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə, habelə işğalın möhkəmləndirilməsinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etməklə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan, habelə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan şəxslərə qarşı zəruri tədbirləri bundan sonra da davam etdirəcək.
banner

Oxşar Xəbərlər