• çərşənbə axşamı, 19 mart, 10:56
  • Baku Bakı 8°C

Xarici Missiyalar Təlim Mərkəzində azərbaycanlı hərbçilərin də təlim keçməsi arzuolunandır

10.10.19 12:15 494
Xarici Missiyalar Təlim Mərkəzində azərbaycanlı hərbçilərin də təlim keçməsi arzuolunandır
Polşanın Kielse şəhərindəki Xarici Missiyalar Təlim Mərkəzi Şərqi və Mərkəzi Avropadakı əsgərlər üçün məşq poliqonu ola bilər.
AZƏRTACxəbər verir ki, bunu Polşanın Xarici İşlər nazirinin müavini Petr Vavjik mərkəzə baxış zamanı jurnalistlərə müsahibəsində deyib. O vurğulayıb ki, sözügedən yer mühüm beynəlxalq təlim mərkəzi şərtlərinə cavab verir. Birləşmiş Millətlər Təşkilatının Tədris Mərkəzindən sertifikat almaq üçün müraciət edildiyini də bildirən nazir müavini bunun üçün potensial olduğunu bildirib.
Petr Vajvik əlavə edib ki, mərkəzdə Azərbaycan, Belarus və Ukrayna kimi ölkələrin hərbi qulluqçularının təlim keçməsi də arzuolunandır.
banner

Oxşar Xəbərlər