• cümə axşamı, 28 mart, 16:11
  • Baku Bakı 16°C

Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

15.06.17 14:30 1570
Xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
Moskva Rusiya və Fransa xarici işlər nazirlərinin iyunun 20-də keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlinin müzakirəsini istisna etmir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz bu məsələnin beynəlxalq problemlərin müzakirəsi zamanı qaldırılmasını istisna etmirik. Bu, təbiidir. Biz fransız həmkarlarımızla Dağlıq Qarabağ məsələsi ilə bağlı da təmasdayıq” - deyə Rusiya XİN-in sözçüsü qeyd edib.
Xatırladaq ki, iyunun 20-də Rusiya və Fransa xarici işlər nazirləriSergey Lavrovvə Jan İv le Drian Moskvada görüşəcəklər.
banner

Oxşar Xəbərlər