• cümə, 29 Mart, 15:47
  • Baku Bakı 14°C

Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri Naxçıvana gedib

04.06.15 18:00 901
Xarici dövlətlərin Azərbaycandakı hərbi attaşeləri Naxçıvana gedib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri Naxçıvan şəhərinə səfər ediblər.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, on iki dövləti təmsil edən hərbi attaşelər burada Heydər Əliyev adına Hərbi Liseydə və hərbi hissədə olublar.
Qonaqlar hərbi qulluqçuların döyüş hazırlığından, onlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitinin səviyyəsindən məmnun qalıblar.
Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər və onların ailə üzvləri Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin muzeyini ziyarət ediblər.
Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzini, "Əshabi-Kəhf" ziyarətgahını, Möminə Xatun türbəsini, Naxçıvan qalasını, duz mağarasını, Nuh Peyğəmbərin məzarını ziyarət ediblər.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına minnətdarlıqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər