AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xaricdən qayıdan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ediblər

Xaricdən qayıdan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ediblər

Siyasət
09 Aprel 2020, 15:36 199
Xaricdən qayıdan azərbaycanlılar dövlət başçısına təşəkkür ediblər.
Trend-in məlumatına görə, Atletlər kəndinə yerləşdirilən Zaur Adilov "S.O.S. Azərbaycandan kömək istəyirik" mövzulu məktubundan sonra İzmir şəhərindən gətirildiyini qeyd edib.
Beş gündür ki, Bakıda olduqlarını qeyd edən Z.Adilov budəfəki məktubuna ölkə başçısına təşəkkürlə başlayıb:
"İlk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Möhtərəm İlham Heydər oğlu Əliyev cənablarına bütün səmimiyyətimiz ilə təşəkkür edirik".
Onun sözlərinə görə, yuxarıda adı çəkilən məktublarına cavab olaraq Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi altında Türkdilli Dövlətlərlə iş sektorunun müdiri onlarla telefon əlaqəsi qurub və dövlətimizin onları darda qoymayacağını bildirib:
"Daha sonra Türkiyədə Asif Kurban kimi tanınan İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri, azərbaycanlı iş adamı Asif İsa oğlu Qurbanova bizim haqqımızda məlumat verildi. Asif müəllim Türkiyədə 21 gün qaldığımız otellərin 5 gününün xərclərini öz üzərinə götürdü və ş. O, həmçinin bizə mənəvi dayaq oldu".
Z.Adilov qeyd edib ki, həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, həm də İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri hər gün onlarla əlaqə yaradıb və dəstək olub:
"Mənəvi dəstəyə çox ehtiyacımız var idi. Bakıda tək qalan 79 yaşlı atam ilə Diasporla iş üzrə Dövlət Komitəsi maraqlandı, onun qayğısına qaldı. Nə yaxşı ki, Azərbaycan diasporasını və Türkiyədə onunla bağlı qurumları yüksək insani keyfiyyətlərə, təşkilatçılıq qabilliyətinə malik Azərbaycan oğulları təmsil edir. Biz onlara minnətdarıq".
Z.Adilov "Azercell Telecom"a da minnətdarlıq edib:
"Məlum situasiyada xaricə müvəqqəti gedən və rouminq xidmətindən istifadə edən vətəndaşlarımıza qohumları və yaxınları ilə əlaqə saxlamaları üçün kontur hədiyyə kampaniyası təqdirəlayiq addım idi. Azercell ailəsinə təşəkkür edirik".
Azərbaycana sağ-salamat gəlməklərində başda Prezident İlham Əliyevin göstərişlərini vurğulayan Z.Adilov qeyd edib ki, dövlət qurumları və məsul şəxslər bu müddət ərzində onlara əllərindən gələn yardımı ediblər:
"Dövlətimiz, Azərbaycanın Türkiyədəki səfirliyi və konsulluğu böyük seçim qarşısında idi. Ankaradaki səfirlik oğlum Adilov Cəlalın insulin, insulin resistenliyi və TSH hormonlarının olduqca yüksək olmasını, 2018-ci ildə Mərkəzi Klinikada böyrək əməliyyatı keçirməsini, skolioz və yastıpəncəliliyin ağır formasından əziyyət çəkməsini və 8 yaşlı qız övladımın bizimlə bərabər olmasını nəzərə alaraq, çarter reysi ilə Azərbaycana göndərilənlərin siyahısına ailəmizi əlavə etdi. Biz Türkiyədəki Azərbaycan səfirliyinə də təşəkkür edirik. Bir daha Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyev Cənablarına, vətənə qayıdışımızda əməyi keçən şəxs və qurumlara minnatdarlığımızı bildiririk".