• şənbə, 20 Aprel, 16:16
  • Baku Bakı 23°C

Xaricdəki soydaşlarımız ermənilər tərəfindən təhdid olunur

17.10.20 11:24 982
Xaricdəki soydaşlarımız ermənilər tərəfindən təhdid olunur
"Birliyimiz, mübarizə gücümüz Qarabağımızı düşmən işğalından xilas edəcək”
Xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkəmizə maddi və mənəvi dəstək aksiyaları gün-gündən genişlənir. Azərbaycanın haqq səsinə dünyanın hər yerində yaşayan soydaşlarımızdan dəstək gəlir. Küçə yürüşləri, informasiya müharibəsində fəallıq, milli ordumuza, şəhid ailələrinə, müharibədən zərər çəkənlərə maddi yardımlar göstərilir. Soydaşlarımız Vətən müharibəsində iştirak etməyə daim hazır olduqlarını, Ali Baş Komandanın, Silahlı Qüvvələrimizin ətrafında sıx birləşdiklərini deyirlər.


İtalyanlardan ölkəmizə dəstək

Milanda magistratura təhsili alan Rahib Kamal həmvətənlərimizin erməni terrorizmi əleyhinə təşkil etdikləri aksiya haqqında "Kaspi”yə məlumat verib: "İtaliyanın Milan şəhərində təhsil alan tələbələrin və İtaliyanın digər şəhərlərindən gəlmiş həmvətənlilərimizin ortaq təşəbbüsü ilə dəstək aksiyası 11 oktyabr tarixində İtaliyanın şimalında yerləşən Lombardiya regionunun paytaxtı olan Milanın Duomo meydanında baş tutdu. Aksiyanın məqsədi mülki vətəndaşlara qarşı işğalçı Ermənistanın törətdiyi terror aktlarını, Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu İtaliya ictimaiyyətinə çatdırmaq, həmçinin aksiyadan bir gün öncə baş vermiş "Gəncə terroru”nu ictimailəşdirmək idi. Bu məqsədlə, aksiya boyu 1992-ci ildən bəri baş vermiş və günümüzdə də davam edən erməni vəhşiliklərini, işğal olunmuş torpaqlarımızı, ərazi bütövlüyümüzü sübut edən faktları, Dağlıq Qarabağla bağlı imzalanmış BMT qətnamələrini təsvir edən posterlər və plakatlar nümayiş olunmuş, həmçinin "Qarabağ Azərbaycandır”, "Erməni aqressiyasına və işğalına son”, "Ermənistana inanmayın” kimi şüarlar səsləndirildi, reallığı tərənnüm edən nitqlər söyləndi. Sonda Azərbaycan Dövlət Himninin sədaları altında aksiya başa çatdı”. R.Kamalın sözlərinə görə, bir çox italyan vətəndaşları və turistlər də aksiya iştirakçılarına yaxınlaşıb mediada gördüklərini ilk ağızdan eşitmək məqsədilə onlara suallar ünvanlayıb və ətraflı cavablar alıblar. Qeyd edək ki, bir neçə İtaliya qəzetində azərbaycanlıların erməni terrorizmi əleyhinə aksiyaları ilə bağlı xəbərlər yer alıb.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər