AZE | RUS | ENG |


Xaricdə yaşayan yaponlar ümumi seçkilərdə səs verməyə başlayıblar

Xaricdə yaşayan yaponlar ümumi seçkilərdə səs verməyə başlayıblar
Xaricdə yaşayan yaponlar ölkə parlamentinin aşağı palatasına keçirilən seçkilərdə səs verməyə başlayıblar.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, oktyabrın 11-də ölkədən kənarda yerləşən 223 məntəqədə, o cümlədən səfirlik və konsulluqlarda səsvermə prosesinə start verilib.

Xaricdə səs vermək üçün 101 mindən artıq seçicinin qeydiyyatdan keçdiyi bildirilir. Onlar vətəndə son yaşayış yerlərindəki dairə üzrə namizədlərə, həmçinin proporsional seqment üzrə səs vermək hüququna malikdirlər.

Səsvermə müddətinin bitməsi regionlardan asılı olaraq fərqlənir və onun oktyabrın 16-da başa çatacağı gözlənilir.

Bundan sonra səfirliklərin rəsmi nümayəndələri həmin bülletenləri Yaponiyaya gətirərək təhvil verəcək və onlar oktyabrın 22-də keçiriləcək ümumi səsvermədən sonra sayılacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001