• cümə, 29 Mart, 13:22
  • Baku Bakı 14°C

Xaraba Gilan arxeoloji ekspedisiyasının yekunlarına həsr olunan tədbir keçirilib

17.10.17 23:20 2552
Xaraba Gilan arxeoloji ekspedisiyasının yekunlarına həsr olunan tədbir keçirilib
AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının 2017-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində apardığı arxeoloji tədqiqatların nəticələrinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev on ildən artıqdır muxtar respublika ərazisində təşkil edilən arxeoloji ekspedisiyaların səmərəli fəaliyyətindən danışıb, tədqiqatlar zamanı bu diyarın qədim tarixi ilə bağlı mühüm faktların aşkar edildiyini bildirib. Akademik Ordubad ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiqatlarını yekunlaşdırdığını diqqətə çatdırıb.
Sonra Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli cari ildə ərazidə apardıqları qazıntı işlərinə dair hesabatını təqdim edib. Naxçıvan bölgəsinin arxeoloji abidələrinin zənginliyindən danışan alim Xaraba Gilan və onun ətrafında olan abidələrin Azərbaycan arxeologiyası üçün əhəmiyyətini qeyd edib. O, gələcəkdə bu abidədə tədqiqat işlərinin davam etdirələcəyini deyib.
Bəhlul İbrahimli qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri barədə də ətraflı məlumat verərək, ərazidən tapılan 229 ədəd nümunənin yaxın günlərdə bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyinə təqdim ediləcəyini bildirib.
Sonda arxeoloq iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
banner

Oxşar Xəbərlər