• cümə, 19 Aprel, 03:48
  • Baku Bakı 18°C

Xalqın lənətini qazanmaq yolunda sizə uğurlar - qalmaqal

22.08.13 11:30 2015
Xalqın lənətini qazanmaq yolunda sizə uğurlar - qalmaqal
«Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan az öncə facebook-da yazdığı statusunda AXCP-nin mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzetinin əməkdaşı Natiq Adilovun ittihamlarına cavab verib. Yzarın statusunun ictimai əhəmiyyətinin nəzər alıb onu təqdim edirik:
«Son günlər AXCP rəhbərliyinin tapşırığı ilə bir qrup partiya funksioneri “Yeni Müsavat”a, Rauf Arifoğluna qarşı çirkin kampaniyaya yenidən start verib. Belə XC funksionerlərindən biri də bizə qarşı öz qərəzi ilə seçilən Natiq Adilovdur. Adam “Yeni Müsavat”ı müxalifəti birləşməyə qoymamaqda suçlayır. Halbuki YM və R.Arifoğlu müxalifətə, MŞ-s hər türlü dəstək verir. Dəstəklə yanaşı bu düşərgənin, liderlərin səhvlərini, yanlışlarını yazmaqdan, deməkdən də çəkinmir. Neqativlərin üstünü malalayıb, səhvləri gizlədib “hər şey əladır, yaxşıdır” deyib cəmiyyəti aldatmır, tərəfdarları boş-boşuna ümidləndirmir. N.Adilovun öz facebook səhifəsində “Yeni Müsavat” haqda yazdığı şər, nifrin, böhtan dolu statusuna cavab vermişəm. Həmin cavabı öz səhifəmdə də paylaşmağı lazım bildim.
Sənin lider deyib arxasınca düşdüyün adamın Milli Şuranı, müxalifəti haralara gətirib çıxardığını hələ açıqlığı ilə yazmırıq. Gözləyirik ki bəlkə Allah ona bir azacıq insaf verər, daha böyük biabırçılıqlar etməz, gec də olsa fiaskoya, məğlubiyyətə aparan yoldan dönər. Yoxsa qabaqdangəlmişlik edirsən, Natiq əfəndi?
Böyük bir prosesi məhv edib, içinə edib çəkilirsiz kənara olmaya? 2005-də olduğu kimi. Ortada isə söyməyə, bütün günahları üstünə yükləməyə “Yeni Müsavat” var: hər zaman olduğu kimi yenə də müxalifətin bəzi becəriksiz liderləri öz qabiliyyətsizliklərini, bacarıqsızlıqlarını “Yeni Müsavat”a və Rauf Arifoğluna yükləmək istəyirlər. Milli Şuranın bu cür biabırçı sonluğa gəlib çatmasının günahı bizdədimi? Bəlkə Rauf Arifoğlu prosesləri bura gətirib çıxarıb. Axı, ay Natiq, Milli Şuranın başında dayananlardan, qərar verənlərindən biri də sənin liderindir. “Yeni Müsavat”ın işlərin bura gəlib çıxmasında nə suçu, nə günahı var? Ortada böyük bir biabırçılıq var: bilərəkdən, ya bilməyərəkdən Milli Şura adı ilə müxalifətin təxminən 3 ay öncə baş tutan birlik ideyası fiaskoya uğradıldı. Eldar Namazovun, Eldəniz Quliyevin, sənin liderinin və başqalarının yanlış hesablamaları, yersiz iddia və hikkələri müxalifətin işini iflic etdi, proses getmədi, seçkidə İlham Əliyevə ən ciddi rəqib ola biləcək namizədlərin seçkiyə qatılmasına maneçilik törədildi. İndi bu işlərin məsuliyyətini “Yeni Müsavat”ın üstünə atmağa çalışırsız - utanmadan, vicdanınız ağrımadan, bütün normaları aşaraq. Səsiniz ölkəni başına götürüb. Üz-gözünüzü cırır, saçınızı yolur, şivən qoprırsız. Biz sizin şər və şantajınızla üz-üzəyik. Bu cür nə qədər davam edəcək? Davam edəcəkmi? Davam edə biləcəksinizmi? Axı maskanız yerə düşüb, bir arada onu götürün yerdən... Xalq, tərəfdarlar bilir ki, onların son ümid kimi baxdıqları Milli Şura ideyasını beşiyində boğan, onu qətl edən kim və kimlərdir.Bu "əli qanlı" siyasi hoqqabazları məsuliyyətdən yayındırmaq, sıravi müxalifətçilərin qınağından, tarixin töhmətindən qurtarmaq üçün hər gün “Yeni Müsavat”ı və R.Arifoğlunu şərləyirsiz. Bəlkə İbrahimbəyovu ölkəyə gəlməyə qoymayan Rauf bəydi? Bəlkə Eldar Namazova və onun ətrafındakılara tapşırıqları R.Arifoğlu verir? Bəlkə Milli Şurada normal, adekvat və xalqın mənafeyinə uyğun qərarların qəbul olunmasını biz əngəlləyirik? Qarının hüquqları pozulub, qapı örtülüb, sizsə hər gün yazırsız ki, hər şey əladı, hər şey yaxşıdı. Saxtakarlığın, yalançılığın, xalqı, tərəfdarları aldatmağın da bir həddi olar. Hər gün analoqsuz inkişafdan yazan, ölkənin cənnət olduğunu sayıqlayan iqtidar qəzetlərindən, yetkililərindən sizin nə fərqiniz oldu o zaman?! Onlar da olmayan şeydən yazır, danışır, siz də. Bu iqtidar özünün oxşarlarını yarada bildi, 20 ildə maləsəf. Xətt eyni, taktika eyni: səninlə olmayanları, sənin dediyini təkrarlamayanları şərlə, şantaj və təhqir et, mənəvi terrora məruz qoy. YAP və AXCP-nin üst-üstə düşən xeyli oxşar cəhətlərindən biri də budur. Davam edin, cavabınızı alacaqsınız. Amma ən gözəl cavabı sizə xalq və tarix verəcək. Xalq zatən sizə cavabını bu saçmasapan siyasətinizə dəstək verməməklə, sizin yanınızda olmamaqla verir. 2003-də Azərbaycan xalqı sizə öz net mövqeyini bildirdi. Proses hələ də davam edir. Tarix də sizə öz layiqli cavabını verəcək. Xalqın və tarixin lənətini qazanmaq yolunda sizə uğurlar».
Çox güman ki, qarşı tərəfin mövqeyi də olacaq və onu da dərc etməyə hazırıq.
banner

Oxşar Xəbərlər