• cümə axşamı, 25 aprel, 16:37
  • Baku Bakı 23°C

Xalq şairinin oğlu faciəli şəkildə ölüb

12.03.17 18:19 1028
Xalq şairinin oğlu faciəli şəkildə ölüb
Xalq şairi Fikrət Qocanın oğlu faciəli şəkildə dünyasını dəyişib.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal RzaAPA-ya açıqlamasında bildirib ki, hadisə dünən baş verib.
Şair-tərcüməçi Yalçın Qoca yıxılıb və ciddi xəsarət alıb. 52 yaşlı Y. Qoca xəstəxanaya aparılarkən yolda vəfat edib.
F. Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca isəAPA-ya bildirib ki, hadisə martın 11-də axşam saatlarında baş verib: " Yalçının gözlərində problem var idi, son zamanlar səhhətindən də şikayət edirdi. Yalçın dünən özünü pis hiss edib, özündən gedib, başı səki daşına dəyib”.
Y. Qoca bu gün Bakıda "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
banner

Oxşar Xəbərlər