• cümə, 19 Aprel, 04:08
  • Baku Bakı 18°C

Xalq şairi Fikrət Qocanın oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb

31.07.17 13:50 1312
Xalq şairi Fikrət Qocanın oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elnur Nəhmədov və onuntanışlarıRuslan Məmmədov vəPərviz Hüseynovuncinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.
Məlumata görə, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yemək yeyiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb.
E. Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib.
banner

Oxşar Xəbərlər