• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Tədbirlər Planı müzakirə olunub

14.07.17 16:15 2708
Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Tədbirlər Planı müzakirə olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.
APA-nın məlumatına görə, Tədbirlər Planının layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.Mədəniyyət və turizm naziriƏbülfəs Qarayevbildirib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olacaq: "Bu əlamətdar yubiley Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların bütün dünyada daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsətdir. Bununla bağlı çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Müxtəlif qurumlara tədbirlərin keçirilməsi ilə bağlı ünvanlanan müraciətə cavab olaraq 195 təklif alınıb. Təkliflər ümumiləşdirilib, yubiley ilə əlaqədar rəmzi olaraq onlardan 100-ü Tədbirlər Planının layihəsinə daxil edilib”.
Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, ədliyyə nazirinin müaviniMəhərrəm Əliyevvə başqaları Tədbirlər Planının layihəsi ilə bağlı təkliflərini bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək.
banner

Oxşar Xəbərlər