AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xalq artistindən etiraf: “Keçmişimə görə utanıram...”

Xalq artistindən etiraf: “Keçmişimə görə utanıram...”

Mədəniyyət
06 Noyabr 2012, 15:32 1667
Müğənni Lent.az-a açıqlamasında yaradıcılığında olan durğunluqdan danışıb. O, bildirib ki, iki il bundan öncə anası rəhmətə getdikdən sonra yaradıcılığında xeyli fasilə yaranıb: “Rəhmətlik anam dünyasını dəyişəndən sonra özümə gələ bilmirəm. Durğunluğumun əsas qayəsi onun yoxluğu ilə bağlıdır. Yuxuya gedənəcən anam gözümün önündə olur. Hərədən gecə yuxudan qalxıram, elə bilərəm ana yenə sağdır. Öz-özümə fikirləşirəm ki, anam yuxudan niyə oyanmayıb? Sonra yadıma düşür, o şokla yenidən yaşayıram. Amma həyat davam edirsə, sənət də davam edir. Qayıdışım möhtəşəm olacaq. Dedi-qodulardan, şərdən uzaq olsam, yenidən qayıdacağam. 13 yeni mahnı ilə tamaşaçıların qarşısına çıxacağam”.

Nisə Qasımova söhbət əsnasında şou-biznesdən şikayətçi olub: “Hər ilin, zamanın öz hökmü var. Yəqin bu əsrdə şou-biznes belə olmalıdır. Təəssüflər. İndi elə bir hal yaranıb ki, sənətə gələn insanlar dərhal nəsə əldə etmək istəyirlər. Sənətçilər sənətə gələn kimi özlərini ən yüksək zirvədə görmək istəyirlər. Amma bilmirlər ki, yavaş-yavaş addımlamaq lazımdır. Mənim zamanımda hər şey başqa idi. Müğənnilər ifa tərzi, səhnə mədəniyyəti, əxlaqına uyğun irəliləyirdi. İndi avara-avara sözlərdən yığılmış mahnıların ifaçıları özlərini bir nömrə kimi təqdim edirlər. Ən pisi isə odur ki, onlar öz səhvlərini görə bilmirlər. Doğrudur, hər bir müğənninin haqqıdır ki, özünün üstün cəhətlərini göstərsin. Hərə bunu bir cür edir: yaxşı oxumağı, gözəl saçları, gözləri, geyimi, sinəsi ilə. O, onun özünə verdiyi qiymətdir. O qiymətə görə camaatın ona münasibət göstərir”.

Xalq artisti hərdən keçmişdəki kadrlarına baxanda utandığını da etiraf edib: “Mənim bədənimin bütün hər yeri gözəldirsə, mən onu hamıya göstərməli deyiləm. Mən də açıq geyinmişəm. Amma get-gedə bundan utanmışam. Yenə də deyirəm, mənim ağlım olsaydı yaxası, qolu açıq paltar geyinməzdim. O illərə görə mən utanıram. Hətta deyərdim ki, utandığımdan yerə girirəm. Bəzən olur ki, ailəmlə birgə televiziyada keçmişdə olan konsertlərdən fraqmentlərə baxanda mən oğlumun yanında qızarıram. Bu gün mən dünənə görə xəcalət çəkirəm. Keçmişimə baxıram, mənə utanc verən nəyəsə görə xəcalət çəkirəm”.