• cümə, 19 Aprel, 16:36
  • Baku Bakı 25°C

Xalq artistimiz əməliyyatdan sonra Bakıya qayıdır

21.12.13 12:21 1055
Xalq artistimiz əməliyyatdan sonra Bakıya qayıdır
Türkiyədə əməliyyat olunan xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Bakıya qayıdır.
R. Hüseynovun xanımı Səbinə Hüseynova APA-ya bildirib ki, hazırda hava limanındadırlar, bir azdan Bakıya uçacaqlar.
O, R. Hüseynovun Bakıda həkim nəzarəti altında olacağını, iki ay sonra isə müayinə üçün yenidən Türkiyəyə qayıtmasının nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.
banner

Oxşar Xəbərlər