AZE | RUS | ENG |


Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti xəstəxanadan evə buraxıldı
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb.
 
Bu barədə APA-ya Rafael Dadaşov özü məlumat verib. O bildirib ki, səhhətindəki problemlər tam aradan qaldırılmasa da, özünü nisbətən yaxşı hiss edir: "İlk günlərlə müqayisədə əlbəttə, yaxşıyam. Təzyiq problemi qaydasına düşüb, məni kəskin şəkildə narahat etmir. Həkimlərin məsləhəti ilə evə buraxıldım, amma bu, o demək deyil ki, müalicələr davam etməyəcək. Ola bilər, növbəti günlərdə yenidən həkimə müraciət edim. Çünki tam sağalmışam deyə bilmərəm. Tamaşaçılar, mənim sənətimi qiymətləndirən insanlar narahat olmasınlar, səhhətimdə ciddi mənada problem yoxdur. Mənimlə maraqlanan, mənə görə qayğılanan insanlara minnətdaram, inanıram ki, hər şey yaxşı olacaq”.  
 
Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yeriləşdirilmişdi. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022