• cümə, 19 Aprel, 21:34
  • Baku Bakı 24°C

Xaliq Bahadır: “Əli Kərimli mütəşəkkil cinayətkar dəstəyə qoşulub“

13.05.13 07:46 1972
Xaliq Bahadır: “Əli Kərimli mütəşəkkil cinayətkar dəstəyə qoşulub“
AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır "Reytinq” qəzetinə müsahibəsində Müsavat Partiyasının rəhbərliyi, Milli Şuranın yaradılması haqqında ağlasığmaz açıqlamalar verib.
O deyib: "Oyunçular ayrı olsaydı, bəlkə də Milli Şuradan nəsə gözləmək olardı. Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz ”işlərini" görəcək. Əli Kərimli də o dəstəyə qoşulub".
banner

Oxşar Xəbərlər