• şənbə, 20 Aprel, 12:03
  • Baku Bakı 23°C

Xalidə Xalid və Şamxal Hüseynovun yerini bilən yoxdur

23.05.13 14:33 1427
Xalidə Xalid və Şamxal Hüseynovun yerini bilən yoxdur
“Bizə bildiriblər ki, Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb, lakin müəyyən sənədləşmə işləri aparıldığından bu proses zaman tələb edəcək və buna görə də onlar hələlik Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil verilməyib”.
Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Əli Müsəvi deyib. Musəvi bildirib ki, Azərbaycan vətəndaşları həbsxanada saxlanılmır, onların sadəcə viza müddəti bitib və bununla bağlı müəyyən işlər aparılır. Lakin diplomat onların harada saxlanması barədə məlumatı olmadığını deyib.
Azərbaycanda saxlanılan İran vətəndaşı Mikayıl Kazimi ilə bağlı isə səfirlikdən bildiriblər ki, bununla bağlı geniş məlumata malik deyillər və diplomatik nümayəndəlik Tehrana müraciət göndərsə də, hələlik cavab gəlməyib.
banner

Oxşar Xəbərlər