• şənbə, 20 Aprel, 03:44
  • Baku Bakı 15°C

Xalidə Xalid akademiyada işinə davam edir

17.07.13 12:04 1347
Xalidə Xalid akademiyada işinə davam edir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında xarici əlaqələrin və səfərlərin prosedurları barədə geniş iş aparılıb, işçilər üçün ümumi qaydalar müəyyənləşdirilib. Bu barədə APA-ya məlumat verən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, bununla bağlı bütün işçilərə tapşırıqlar verilib: “Bütün işçilərə tapşırılıb ki, xarici səfərlər üçün əvvəlcədən rəsmi dəvət məktubu, əsaslandırılmış təqdimat olmalıdır, həmin təqdimat üzrə direktorun əmri verilməlidir. Bundan sonra xarici səfərlər baş tuta bilər. Düşünürəm ki, özfəaliyyət, təsadüf nəticəsində baş tutan xarici səfərlər elmin inkişafı üçün lazımi bəhrə verə bilməz”.
İ. Həbibbəyli AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin işdəki fəaliyyətinə də aydınlıq gətirib. O qeyd edib ki, Xalidə Xalid iyundan işə çıxır və institutda işini davam etdirir.
banner

Oxşar Xəbərlər