AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xahiş edəcək ki, onu “Çelsi”yə satsınlar

Xahiş edəcək ki, onu “Çelsi”yə satsınlar

İdman
09 İyul 2020, 12:15 298
Leverkuzen "Bayer”inin lideri Kay Haverts komandanı tərk etmək niyyətindədir. 
 
Kaspi.az xəbər verir ki, Kay İngiltərə Premyer Liqasında çıxış etməyi planlaşdırır. O, "Çelsi”də oynamağı arzulayır. 
 
Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Çelsi” 21 yaşlı futbolçunu transfer etmək istəyir. "Zadəganlar” onun üçün tələb olunan vəsaiti də ödəməyə hazırdırlar. 
 
"Çelsi” rəhbərliyi bildirib ki, futbolçunun alınmasına 100 milyon avro verməyə hazırdırlar. Bu məbləğin 70 milyonu dərhal, qalanı isə hissə-hissə ödəniləcək. 
 
Məlumata görə, futbolçu "Bayer” rəhbərliyinə müraciət etməyi planlaşdırır. O, "asprinlər”in rəsmilərindən xahiş edəcək ki, onu "Çelsi”yə satsınlar. 
Kayın "Bayer”lə qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə keçirdiyi 43 oyunda 17 qol vurub, 9 qol ötürməsi edib.