• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib

01.09.17 15:50 2885
Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib
Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTACxəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 27 BS 464 dövlət nömrə nişanlı "VAZ-2106” markalı minik avtomobili qarşısında gedən "KamAz” markalı yük maşınına çırpılıb. Toqquşma nəticəsində minik avtomobilinin sürücüsü Xaçmaz rayon Müşkür kənd sakini, 1968-ci il təvəllüdlü Əkbər Abdullayev hadisə yerində ölüb.
Sürücünün sıxılmış vəziyyətdə qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər