• cümə axşamı, 28 mart, 20:03
  • Baku Bakı 13°C

Xaçmazda evdən oğurluq edən gənc qız və oğlan saxlanılıb

26.02.17 20:15 1328
Xaçmazda evdən oğurluq edən gənc qız və oğlan saxlanılıb
Xaçmaz rayonunda yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini Cəmilə Musayeva və Xaçmaz şəhər sakini Etibar Cavadovun rayon ərazisində yaşayış evlərində oğurluq etməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub.
Xaçmaz RPŞ-nin, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış bölməsinin, Nəsimi Polis İdarəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Onlar Xaçmaz şəhəri, Şıxəli Qurbanov küçəsində Əsli Mərdanovaya məxsus evdən giriş qapısını açaraq qanunsuz evə daxil olmaqla iki ədəd xalça, bir ədəd ətçəkən maşın, bir ədəd çaydan və 15 ədəd stəkanı oğurlayıb. İstintaq zamanı hər iki şəxs törətdiyi əməli etiraf edib.
Faktla bağlı cinayət məcəlləsinin 177.2.1, 172.3 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər