• cümə, 19 Aprel, 21:52
  • Baku Bakı 24°C

"Washington Times": Tramp Dağlıq Qarabağ münaqişəsini həll etməklə Nobel sülh mükafatını ala bilər

23.01.17 13:30 876
"Washington Times": Tramp Dağlıq Qarabağ münaqişəsini həll etməklə Nobel sülh mükafatını ala bilər
ABŞ prezidenti Donald Tramp sazişlərin əldə olunması sahəsindəki ustalığından istifadə edərək, dünyanın ən çətin həll olunan münaqişələrindən olan Dağlıq Qarabağ münaqişəsinin həllinə görə, nüfuzlu Nobel sülh mükafatını ala bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Caspian Group Holding” şirkətinin baş direktoru Rob Sobhaninin "Washington Times” qəzetində dərc olunan məqaləsində yer alıb.
Müəllifin fikrincə, Tramp və onun milli təhlükəsizlik komandası üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunması Rusiya prezidenti Vladimir Putinin münaqişələrin həlli sahəsində ABŞ-ın tərəfdaşı olmaq istəyib-istəməyəcəyini nümayiş etdirəcək.
R.Sobhani qeyd edir ki, Rusiyanın Ermənistanla idarə etməsinə imkan verən vasitələr səbəbi ilə münaqişənin həllinin açarı prezident V.Putindədir. Moskva strateji və enerji ilə zəngin Xəzər regionunda Ermənistanı öz forpostu hesab edir.
Məqalədə qeyd olunub ki, Tramp Yaxın Şərq regionunda Azərbaycan Prezidenti İlham Əliyevdən daha etibarlı tərəfdaş tapa bilməz. İsrailin Baş naziri Benyamin Netanyahunun bu yaxınlarda Bakıya səfəri zamanı vurğuladığı kimi, Azərbaycan dünyada birmənalı şəkildə Vaşinqtonun diqqətinə layiq olan azsaylı müsəlman ölkələrindən biridir.
"Trampın qarşısında dayanan əsas məqsəd odur ki, Putinin aşağıdakı sülh planını qəbul etməyə razı salsın: Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunun müqabilində Azərbaycan Ermənistan ərazisindən keçməklə, Avropaya ixrac qaz kəməri çəkəcək və hər iki tərəf Azərbaycanın Dağlıq Qarabağ regionuna ən yüksək muxtariyyət verilməsinə razı olmalıdır. Bu plana görə, barışıq "fondu" yarana bilər ki, bu da iki ölkə arasında infrastruktur layihələrə, məsələn, Ermənistan ərazisindən keçməklə, Bakıdan Naxçıvana yüksək sürətli sərnişin qatarı layihəsinin reallaşmasına imkan verərdi. Həmçinin, Ermənistanda köhnəlmiş Metsamor atom elektrik stansiyasını əvəzləyəcək təhlükəsiz və etibarlı atom elektrik stansiyasının tikintisi üçün ABŞ, Fransa və Rusiya arasında tərəfdaşlığın yaradılmasına sərmayə yatıra bilərdi”.
R.Sobhani yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev öz xalqı tərəfindən tam dəstək görür. Ona görə Trampın qarşısında duran vəzifələrdən biri Ermənistan prezidenti Serj Sarkisyanın münaqişənin daimi nizamlanmasına razılaşması üçün V.Putinin köməyindən yararlanmaqdır. Ermənistanla Azərbaycan arasında sülh hər kəsin marağındadır.
banner

Oxşar Xəbərlər