• cümə axşamı, 28 mart, 12:54
  • Baku Bakı 16°C

Vüsal Hüseynov: "Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub"

14.01.21 11:33 346
Vüsal Hüseynov: "Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub"
"Readmissiya ilə əlaqədar 2019-cu ildə 480 sorğu olub, 2020-ci ildə isə bu rəqəmdə 1,3 faiz azalma var”.
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il bununla bağlı sorğuların sayı 474 olub: "2019-cu ildə readmissiya olunmuş şəxslərin sayı 457, ötən il 145 olub, ümumilikdə 68 faiz azalma var. Pandemiya ilə əlaqədar ötən il readmissiya ilə gələn şəxslər yalnız yanvar-fevral aylarını əhatə edib, onlar çarter reysi vasitəsilə ölkəyə gətiriliblər.
Xidmət rəisi deyib ki, indiyə qədər Dövlət Miqrasiya Xidmətinə readmissiya ilə bağlı 4647 sorğu olub: "1914 nəfərin sorğusu müsbət cavablandırılıb, ancaq hələ onların geri qaytarılması həyata keçirilməyib, nəzərdə tutulur".

banner

Oxşar Xəbərlər